ABŞ-də keçiriləcək prezident seçkilərindən sonra Vaşinqton Kiyevə dəstəyi dayandırsa, bu, Ukrayna üçün çox çətin olacaq.
Viral.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Times of India” qəzetinə müsahibəsində deyib.
“ABŞ-nin siyasətindən çox şey asılıdır. Mənə elə gəlir ki, hər şeyin ABŞ seçkilərindən asılı olduğunu söyləmək çox dərin təhlil deyil. Ukraynada müharibənin başlanması və millətimizin müqavimət göstərməsi ABŞ də daxil olmaqla müttəfiqlərin dəstəyi olmadan baş verib”, – o bildirib.
Son Yazılar:
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
Onun sözlərinə görə, hazırda ABŞ-nin yeni prezidenti kimin olacağını söyləmək çətindir.
Zelenski etiraf edib ki, əgər ABŞ-nin siyasəti dəyişərsə və Vaşinqton Ukraynanı dəstəkləmədiyini söyləyərsə, Ukrayna üçün çox çətin olacaq. “Amma bu, siyasət tamamilə dəyişərsə. O zaman bununla nə edəcəyimizi düşünəcəyik”, – o bildirib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.