Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində 1015 nəfər uğur qazanaraq iş yerini dəyişdirib.
Viral.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov keçirdiyi hesabat brifinqində deyib.
Onun sözlərinə görə, müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində 210 müəllim uğur qazanaraq iş yerini qarşılıqlı dəyişdirib: “Direktorların işə qəbulu müsabiqəsində 84 nəfər uğur qazanıb, 141-i yerdəyişmə edib, hazırda 1027 nəfərin müsahibəsi davam edir”.
Son Yazılar:
- Hizbullah İsrailə 10 raket atdı: Yaralılar VAR
- Leyla Əliyeva Altıağacda – Fotolar
- Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar ALINACAQ
Direktor vurğulayıb ki, bu il keçirilən sertifikatlaşdırmada 24 mindən çox insan iştirak edib, onlardan 20 104 nəfəri uğur qazanıb. Minimum tələbi ödəməyib növbəti il təkrar sertifikatlaşdırmaya 3 946 nəfər cəlb olunacaq: “Ümumilikdə indiyədək 55 000 müəllim sertifikatlaşdırmadan keçərək əməkhaqqısını artımla alır. Tamamlanmış imtahanlar üzrə müəllimlərin orta dərs yükü 17.5-dən 19.5-ə qalxıb”.