Azərbaycan Mətbuat Şurasında Şuranın Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində dördündü toplantı keçirilib.
Viral.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid QHT Agentliyinə sözügedən layihəyə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
R.Məcid bildirib ki, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi üzrə əvvəlki üç toplantı iyul, avqust və sentyabr aylarında reallaşıb. Toplantılarda layihə çərçivəsində görülmüş işlər təhlil olunub, o cümlədən, ölkəmizin media məkanı barədə təsəvvür formalaşdıran məlumat bazasının strukturuna dair fikir mübadiləsi aparılıb, təkliflər qruplaşdırılıb.
Son Yazılar:
- İlin sonuna qədər cekpot qazanacaq BÜRCLƏR: onlar kimlərdir?
- Eltisinin ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət
- 300 milyard dolların təsdiqləndiyi an
Məlum olduğu kimi, layihə çərçivəsində MŞ-nin “presscouncil.az” saytında “Azərbaycanın media landşaftı” adlı xüsusi kateqoriya yaradılıb. Həmin kateqoriya özündə “Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar”, “İnformasiyanın etik standartlarını müəyyən edən yerli və beynəlxalq sənədlər”, “Azərbaycanın aparıcı media subyektləri”, “Azərbaycan mediasından gender balansı”, “I və II Qarabağ müharibəsi dövründə Azərbaycan mediası” yarımkateqoriyalarını, həmçinin layihə çərçivəsində yayımlanmış məqalələri və keçirilmiş tədbirləri birləşdirib.
R.Məcid onu da bildirib ki, indiyədək layihə çərçivəsində nəzərdə tutulan 12 tematik məqalənin hamısı hazırlanıb və onların yayımı həyata keçirilib, eyni zamanda, məqalələr “Azərbaycanın media landşaftı” kateqoriyasında yerləşdirilib. Məqalələrdə mövzu ilə əlaqədar institsional yanaşma tətbiq edilib. R.Məcid, həmçinin, layihə çərçivəsində yekun toplantının gələn ay keçiriləcəyini və bununla da görülmüş işlərə yekun vurulacağını diqqətə çatdırıb.
MŞ İdarə Heyətinin üzvü, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin eksperti Müşfiq Ələsgərli iştirakçıları “Azərbaycanın media landşaftı” kateqoriyasında yerləşdirilmiş yeni məlumatlarla tanış edib. Bu kontekstdə o, “Azərbaycan mediasında gender bərabərliyini mövcud durumu” mövzusunda keçirilmiş tədqiqatın nəticələrini şərh edib. M.Ələsgərli bildirib ki, tədqiqat audiovizual, çap, onlayn media subyektləri və informasiya agentlikləri daxil olmaqla, 154 redaksiyanı, o cümlədən, 26 jurnalist təşkilatını əhatə edib. Ümumilikdə 180 qurum tədqiqata cəlb edilib.
Tədqiqat müəyyənləşdirib ki, Azərbaycanda media sahəsində çalışanların 43 faizi qadınlardan, 57 faizi kişilərdən ibarətdir. Bununla yanaşı, gender bərabərliyi ilə bağlı məsələlər cəmiyyətin digər zümrələri kimi, jurnalistika üçün də keçərlidir. Belə ki, media subyektlərində idarəçi qərarverici şəxslərin yalnız 21 faizi qadınlardan, 79 faizi kişilərdən ibarətdir. Media təşkilatları (jurnalist təşkilatları) sahəsində də bənzər vəziyyət mövcuddur. Burada rəhbər, yəni qərarverici şəxslərin 20 faizi qadınlardır. Digər 80 faizi isə kişilər təşkil edir.
Toplantıda çıxış edənlərdən Bakı Dövlət Universitetinin müəllimi, Ankara Universitetinin doktorantı Qoşqar Bəylərov, “Təbib” qəzetinin baş redaktoru Məğrur Əliyev, “Yenicag.az” saytının əməkdaşı Rəsul Mirhəşimli, “Sitat.info” saytının baş redaktoru Məğrur Salmanov, Tns.az saytının baş redaktoru Tural Səfərov və başqaları layihə çərçivəsində görülmüş işlərin əhəmiyyəti barədə söz açaraq təkliflərini səsləndiriblər.