Türkiyənin DEM Partiyasından millət vəkili olan Ömər Öcalanın həbsxanada olan əmisi, PKK lideri Abdullah Öcalanla görüşünün təfərrüatı bəlli olub.
Viral.az xəbər verir ki, 1 saat 45 dəqiqə davam edən görüşdə terrorçubaşı MHP lideri Dövlət Baxçalının təklifi ilə bağlı iki şərt irəli sürüb.
Bunlar qarant dövlət və hüquqi təminatla bağlı məsələlərdir.
Son Yazılar:
- Bu deputatlara mənzil VERİLDİ
- “Anamın borcunu ödəmək üçün çılpaq şəkillər çəkdirib, satdım” – SƏMRA
- Dələduzluğa görə axtarışda olan 15 nəfər SAXLANILDI
Öcalan qarant dövlətlə bağlı hər hansı ölkənin adını qeyd etməyib.
Qeyd edək ki, MHP lideri Dövlət Baxçalı TBMM-dəki çıxışında “Öcalanın təcrid olunması aradan qaldırılarsa, o, Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir” fikrini səsləndirmişdi.