Həyatda dözdüyümüz hadisələrin heç birinə kişilər dözməzdi

Xalq artisti Nazpəri Dostəliyeva maraqlı açıqlaması ilə diqqət çəkib.

Viral.az xəbər verir ki, o qonaq olduğu verilişdə “Kaş ki, həyata kişi kimi gələrdim demisinizmi?” sualına “Bu sözü heç vaxt deməmişəm. Çünki bizim həyatda dözdüyümüz hadisələrin heç birinə kişilər dözməzdi” cavabını verib.

Xalq artisti həyatda çox əziyyət çəkdiyini, ağlı kəsəndən kişi kimi bütün yükü öz çiyninə aldığını bildirib. Bir neçə il öncə oğlunu itirən Nazpəri Dostəliyevanın yeniyetmə nəvəsi də fiziki məhdudiyyətlidir və onun bütün qayğıları nənəsinin öhdəsindədir.

Son Yazılar: