Şimali Koreya yeni hərbi kəşfiyyat peykini buraxır

Şimali Koreya Yaponiyanı mayın 27-dən iyunun 3-dək olan müddətdə hərbi kəşfiyyat peykini orbitə çıxaracağı barədə məlumatlandırıb.

 

Son Yazılar:

Viral.az xəbər verir ki, bu barədə Yaponiyanın sahil mühafizə xidməti açıqlama yayıb. Peyki orbitə qaldıracaq raketin qalıqlarının düşmək ehtimalı olan nöqtələr Yaponiyanın dənizdəki məxsusi iqtisadi zonasından kənardadır. Səlahiyyətli qurumlar gəmilərə bu barədə məlumat verib.

 

Hazırda Yaponiya hökumətinin xüsusi qrupu məlumatların təhlili ilə məşğuldur. Baş nazir Fumio Kişidia müxtəlif qurumlara hər bir vəziyyətə hazır olmağı tapşırıb.

 

Qeyd edək ki, KXDR ötən il noyabrın 21-də “Çholima-1” daşıyıcı raketi vasitəsilə “Malligen-1” kəşfiyyat peykini uğurla orbitə çıxarıb. Pxenyan kəşfiyyat peykinin Ağ Evin, Pentaqonun və ABŞ-ın hərbi dəniz qüvvələrinin bazasının, habelə Cənubi Koreya ərazisində mühüm obyektlərin fotoşəkillərini çəkdiyini açıqlayıb.