Ermənistanın iqtisadi artımı azalıb – Dünya Bankı

Cari ilin avqustunda Ermənistanın iqtisadi artımı illik müqayisədə 6,2 %-dən 5,6 %-ə qədər azalıb.

Viral.az-ın xəbərinə görə, bu barədə Dünya Bankının hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, sentyabrda illik müqayisədə inflyasiya 0,6 % – ə enib. Qızıl və zərgərlik məhsullarının yenidən ixracı həcmlərin azalmasına baxmayaraq ixrac artımının əsas dryaveri olaraq qalıb. Turizm gəlirləri (illik 6,1 % azalma və bir turistin orta xərclərinin 25 % azalması) və pul köçürmələri (28 % azalma) 2024-cü ilin birinci yarısında əhəmiyyətli dərəcədə azalıb.

Son Yazılar: