Rüşvət almaqda təqsirləndirilən məktəb direktorunun məhkəmə prosesi yekunlaşıb.
Viral.az APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Vurğun Mənsimov 5 il azadlıqdan məhrum edilib.
Son Yazılar:
- Bayden Trampı təbrik etmək NİYYƏTİNDƏDİR
- Makron Trampla 25 dəqiqə danışdı, RAZILAŞDI
- Paşinyan Akopyanla birgə Macarıstana GETDİ
Qeyd edək ki, təqsirləndirilən şəxs Yardımlı rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru vəzifəsində çalışıb.
Ona Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ittiham irəli sürülüb.
Cinayət işi üzrə 2 nəfər təhsil işçisi zərərçəkmiş qismində tanınıb.