Ölkəmizdə mina qurbanlarının ümumi sayı 3460 nəfərdir. Onlardan 359 nəfəri uşaq, 38 nəfəri isə qadın olub.
Bu barədə Viral.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən məlumat verilib.
Bildirilib ki, 1991-ci ildən 2020-ci ilin 10 noyabrına qədər 2418 nəfər xəsarət alıb, 530 nəfər həlak olub, kaset sursatları tərəfindən isə 131 nəfər xəsarət alıb. Bu illər aralığında mina qurbanlarının ümumi sayı 3079 nəfər olub.
Son Yazılar:
- 24 yaşayış məntəqəsində qaz olmayacaq – SİYAHI
- Qırışlara qarşı 8 əsas MƏHSUL
- 21 yaşlı Sənubər öldü – Sərxoş olduğu deyilən əri və uşağı XƏSTƏXANADADIR
“10 noyabr 2020-ci ildən bu günə qədər isə xəsarət alanların sayı 311, həlak olanların sayı isə 70 nəfər olub. Bu illər ərzində isə mina qurbanlarının ümumi sayı 381 nəfər olub”,- deyə Agentlikdən vurğulanıb.