“Səyyadın ölümündən sonra hamımız parçalandıq. Biri-birimizin evinə getməyə də utanırıq. Elə bil onun ölümündə biz günahkarıq. Hamımız xəcalət çəkirik ki, ona kömək edə, yaşada bilmədik. Amma o kömək edərdi”.
Viral.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri mərhum müğənni Səyyad Əlizadənin bacısı “Xəzər axşamı” verilişinə müsahibəsində deyib. Sənətçinin övladı Atabəy isə əkiz qardaşı Məhəmmədin məzarı önündə onun ölümündən danışıb:
“Qardaşım 2006-cı ildə 1 yaşında qaraciyər çatışmazlığından vəfat edib. O dünyasını dəyişəndən sonra atam depressiyaya düşdü. Atam qardaşımın 3 böyük portretini çəkdirmişdi. Amma ürəyindəki alovu sönmürdü. 2007-ci ildə “Səni mən çox axtarmışam” mahnısı yazdırdı. Bu mahnı qardaşıma həsr olunub”.
Son Yazılar:
- BDU-nun müəllimi vəfat etdi – FOTO
- Bağça müdiri olmaq istəyənlərin DİQQƏTİNƏ!: Sənəd qəbulu BAŞLADI
- 24 yaşayış məntəqəsində qaz olmayacaq – SİYAHI
Qeyd edək ki, Səyyad Əlizadə 2021-ci ilin sentyabrında koronavirusdan dünyasını dəyişib