Almaniya İranın bu ölkədəki konsulluqlarını bağlayacaq.
Viral.az-ın DPA-ya istinadla xəbərinə görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Almaniya XİN İran əsilli vətəndaşı Cəmşid Şarməhdin edam edilməsinə cavab olaraq İranın ölkədə üç konsulluğunu bağlayacağını açıqlayıb.
Son Yazılar:
- “Sizə qulaq asdıqca adamı dəhşət bürüyür”
- BDU-nun müəllimi vəfat etdi – FOTO
- Bağça müdiri olmaq istəyənlərin DİQQƏTİNƏ!: Sənəd qəbulu BAŞLADI
Qeyd edək ki, bu günlərdə Almaniya vətəndaşı 68 yaşlı Cəmşid Şarməhdi İranda edam edilib. Cəmşid Şarməhdi 2020-ci ildə BƏƏ-yə səfəri zamanı oğurlanaraq zorla İrana aparılıb. 2023-cü ilin fevralında İran məhkəməsi onu milli təhlükəsizliyə təhlükə törətməkdə ittiham edərək edam cəzasına məhkum edib. Cəmşid Şarməhdi 2008-ci ildə Şirazda dini mərkəzdə 14 nəfərin ölümü və 215 nəfərin yaralanması ilə nəticələnən ölümcül partlayış hadisəsində günahlandırılan Tondar adlı monarxist qrupa rəhbərlik etməkdə təqsirli bilinib.