Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan Azərbaycan Kubokunda qadınların mübarizəsində finalçılar bəlli olub.
Viral.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan ilk matçda “Gəncə” “Milli Aviasiya Akademiyası”nı 3:1 hesabı məğlub edərək həlledici oyuna vəsiqə qazanıb.
Günün ikinci görüşündə isə “Abşeron” “Azərreyl” kollektivinə eyni hesabla qalib gələrək adını finala yazdırıb.
Son Yazılar:
- Bu gün Kəlbəcər Şəhəri GÜNÜDÜR
- Alimlər qəhvənin bağırsağa necə təsir etdiyini AÇIQLADI
- Köklük, piylənmə 13 növ xərçəng riskini artırır
Qeyd edək ki, “Gəncə” və “Abşeron” kollektivləri arasındakı final qarşılaşması noyabrın 4-də keçiriləcək.