Serbiyanın Novi-Sad şəhərində vağzal binasının beton talvarının uçması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
Viral.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İvitsa Daçiç bildirib.
“Səkkiz qurban olduğu zaman biz dağıntılar altında daha beş nəfərin olduğunu bilirdik, lakin onların sağ və ya ölü olduğunu müəyyən edə bilmirdik”, – agentlik Daçiçdən sitat gətirib.
Son Yazılar:
- ABŞ dövlət borcu AÇIQLANDI
- Rusiya Tramp dönəmi üçün ABŞ-yə yeni səfir GÖNDƏRİR
- Borrel bu ölkəyə getdi və İsrailə təzyiqə çağırdı
Hüquq-mühafizə qurumunun rəhbəri xilasetmə əməliyyatında iştirak edən hər kəsə təşəkkürünü bildirib və qurbanların identifikasiyasının aparıldığını qeyd edib. “Ağır mənzərədir. Bütün bu beton konstruksiyaları qaldırmaq lazımdır”, – nazir əlavə edib.
Serbiya hökuməti 2 noyabrı milli matəm günü elan edib.