Salyanda baş verən yol qəzasında bir ailənin dörd üzvü xəsarət alıb.
Viral.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində, Hacıoğlu istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Hyundai” markalı avtomobil anidən idarəetməni itirərək yolun kənarına aşıb.
Son Yazılar:
- Xalq artistinin evini almaq üçün növbə yarandı
- Daha bir azərbaycanlı müharibədə həlak oldu
- “Formula 1″də komandaların sayı ARTACAQ
Qəza nəticəsində avtomobildə olan bir ailənin üzvləri, Masallı rayon sakinləri, 1987-ci il təvəllüdlü Bağırova Könül Ərəstun qızı, 1989-cu il təvəllüdlü Bağırov Elşən Ərəstun oğlu, 1993-cü il təvəllüdlü Bağırova Pərvin Vüqar qızı və 2023-cü il təvəllüdlü Bağırova Ruqayyə Elşən qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.