Prezident İlham Əliyevin sərəncamı ilə Cabbar Hafiz oğlu Musayev Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Viral.az xəbər verir ki, yeni təyin edilən icra başçısının dosyesini təqdim edir.
Cabbar Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub. O, Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.
Son Yazılar:
- Azərbaycanda tanınmış həkim vəfat etdi – FOTO
- “Arsenal” klubunun sabiq futbolçusuna bıçaqla hücum EDİLDİ
- Bakı-Qazax yolunda baş verən qəzada xəsarət alanların sayı 5-ə çatdı
Yeni icra başçısı 2004-2013-cü illərdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb.
O, 2016-cı ilin aprel ayının 18-dən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilib. Dövlət qulluğunun müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Evlidir, iki övladı var.