Biləsuvar rayon Xırmandalı bələdiyyəsinin sədri Xeyrəddin Əli Nizam oğlu cərimə edilə bilər.
Viral.az xəbər verir ki, bələdiyyə sədri barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 549.2-ci ( Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Biləsuvar rayon Məhkəməsində hakim Mədinə Rəsulova tərəfindən baxılacaq.
Son Yazılar:
- “Taliban” bu məsələdə Rusiyadan kömək İSTƏDİ
- Paşinyan KTMT sammitində iştirak edəcək?
- Ukrayna son üç gündə Kursk vilayətinə ATACMS-la iki zərbə endirib
Protokol təsdiq edilərsə, bələdiyyə sədri 600 manatadək məbləğdə cərimə ediləcək.
Qeyd edək ki, Xeyrəddin Əli barəsində bu ilin mayında da eyni maddə ilə inzibati protokol tərtib edilmişdi.