Məlum olduğu kimi, ali təhsil müəssisələrində (ATM) müvafiq ixtisaslaşmalar üzrə tədris aparılan SABAH qruplarına (siyahı) daha hazırlıqlı tələbələrin qəbulunu təmin etmək məqsədilə həmin ixtisaslaşmaları seçmək istəyən bakalavrların ixtisas seçimi ərizələrini doldurmamışdan öncə 7 – 14 iyun 2024-cü il tarixlərində müvafiq ATM-lərdə yaradılan komissiyada müsahibədən keçmələri tələb olunur.
Bu barədə Viral.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Müsahibədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet səhifəsində tələbələrin qeydiyyatı aparılır. Qeydiyyat linki (//eservices.dim.gov.az/ERIZEMAG/qeydiyyatsabah/) 6 – 14 iyun (saat 12:00-dək) tarixlərində aktiv olacaq.
Son Yazılar:
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
- Bu tarixdən iş GÜNÜDÜR
Qeydiyyatdan keçmiş bakalavrlar müvafiq ATM-in təyin etdiyi qrafiklə müsahibəyə dəvət olunurlar. Bunun üçün ATM-in nümayəndəsi tərəfindən bakalavrın magistraturaya qəbul imtahanında iştirak etmək üçün verdiyi ərizəsində göstərdiyi əlaqə nömrəsinə zəng olunur.
Müsahibədə uğur qazanmış bakalavrlara magistraturaya qəbul üçün elektron ixtisaslaşma seçimi ərizələrində digər ixtisaslaşmalarla yanaşı SABAH qruplarına aid müvafiq ixtisaslaşmaları da seçmək imkanı veriləcək.
Bakalavrlar xüsusi olaraq nəzərə almalıdırlar ki, SABAH qruplarının müsahibəsində iştirak edib-etməmələrindən, iştirak edənlərin isə müsahibədə uğur qazanıb-qazanmamalarından asılı olmayaraq, magistraturaya qəbul olmaq istəyən hər kəs DİM tərəfindən elan olunacaq müddətdə elektron ixtisaslaşma seçimi prosesində iştirak etməlidirlər.