Çində yaşayan insanlar həyat yoldaşlarını aldatdıqları üçün mühakimə olunublar.
Viral.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Nəşrin məlumatına görə, Henan əyalətindən olan Zhanq soyadlı qadın qızının məktəbində Ven adlı kişi ilə tanış olub. Dörd uşaq anası və iki uşaq atası tez bir zamanda bir-birlərinə aşiq olublar.
Son Yazılar:
- “Heç kim araşdırmamış heç nə deməsin”
- MSK bələdiyyə seçkiləri təyin EDƏCƏK
- Qənirə Ataşovanın günahlandırdığı plastik cərrah danışdı: “Həkim kimi fəaliyyət göstərmirəm”
Zhanq özünün razılığı əsasında evləndiyi ərinin zorakılığına məruz qalıb. 2019-cu ilin iyun ayında, növbəti döyülmədən sonra qadın Venə birlikdə yeni həyata başlamaq üçün Tianjin şəhərinə qaçmağı təklif edib və Ven razılaşıb. Nəticədə sevgililər ailələrindən ayrılaraq beş ilə yaxın bir yerdə yaşayıblar. Zhanq hamilə qalanda Ven boşanmaq üçün Henana qayıdıb. Bu vaxtlar da artıq Zhanq da öz ərindən də boşanıb.
Çində həyat yoldaşınızdan başqa hər kəslə yaşamaq qanuni və əxlaqi baxımdan qəbuledilməzdir və çoxarvadlılıq iki ilə qədər həbs cəzası ilə nəticələnir.
Cütlük naməlum səbəblərdən 2024-cü ilin mayında münasibətləri barədə polisə məlumat verib. Nəticədə məhkəmə onların hər ikisini 4 ay həbs cəzasına məhkum edib, lakin Zhanqın cəzası 6 ay müddətinə təxirə salınıb, çünki o, körpə daşıyır.
Sevinc İBRAHİMZADƏ