ABŞ-da ilk seçki məntəqəsində səsvermənin nəticəsi məlum olub.
Viral.az xəbər verir ki, Kanada ilə sərhəddə yerləşən Nyu Hempşir ştatının Diksvil Notç qəsəbəsində yaşayan 6 nəfərdən 3-ü Kamala Harrisə, 3-ü Donald Trampa səs verib.
2020-ci il seçkilərində qeydiyyatda olan 5 seçicinin hamısı Co Baydenə səs vermişdi. Məlumata əsasən, qəsəbədə yaşayan 6 sakindən 4-ü Respublikaçılar Partiyasının üzvü, digər 2 nəfər müstəqil seçicidir.
Son Yazılar:
- Bu dərmanlar da sığorta hesabına VERİLƏCƏK
- Hər gün 1 saat saqqız çeynəməyin ZƏRƏRLƏRİ
- Trampın elçisi bu tarixdə Kiyevə GƏLƏCƏK
Qeyd edək ki, ABŞ-da ilk səsvermə məhz bu seçki məntəqəsində başlayıb.