İspaniyanın hüquq-mühafizə orqanları 13 ton ağırlığında kokain partiyasını ələ keçirib. Bu, ölkə tarixində müsadirə edilmiş rekord həcmdir.
Viral.az xəbər verir ki, bu barədə krallığın polisinin məlumatına istinadən “El Mundo” nəşri məlumat yayıb.
“Alxesiras limanında ümumi çəkisi 13 062 kq olan kokain dolu konteyner ələ keçirilib ki, bu da indiyədək İspaniyada narkotikin bu növünün ən böyük müsadirə həcmidir”, – məlumatda deyilir.
Son Yazılar:
- Şirvanda ana və qızı həbs EDİLDİ
- Xalq artistinin evini almaq üçün növbə yarandı
- Daha bir azərbaycanlı müharibədə həlak oldu
Bu partiyanın Avropada ikinci böyük partiya olduğu bildirilib. Narkotiklər Ekvadordan gətirilən banan qablarında gizlədilibmiş.
Polisin məlumatına görə, axtarış zamanı bir şübhəli şəxs saxlanılıb, idxalçı şirkətin iki meneceri isə axtarışa verilib.