“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanıb.
Viral.az xəbər verir ki, Ağdam təmsilçisi IV tura təsadüf edən oyunda Norveçin “Budyo Qlimt” kollektivini 2:1 hesabı ilə üstələyib.
Bude şəhərindəki “Aspmira” stadionunda baş tutan görüşdə hesabı təmsilçimiz açıb. 23-cü dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə diqqət mərkəzinə düşüb. Bununla belə, meydan sahibləri fasiləyə qədər “status-kvo”nu bərpa edib. 41-ci dəqiqədə Patrik Berq bərabərlik qolunun müəllifi olub. “Köhlən atlar”ın qalibiyyət qoluna isə Abdullah Zubir imza atıb. 59-cu dəqiqədə rəqib torunu silkələyən futbolçu “Qarabağ”a cari mövsüm avroliqada ilk qələbəsini qazandırıb.
Son Yazılar:
- Həbs qərarına Netanyahunun ofisindən CAVAB
- Rusiya Ali Radaya zərbə endirəcək
- Damarları yağlı qidalardan qorumaq üçün nə içək?
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiyi kollektiv Avropa Liqasında növbəti oyununu noyabrın 28-də Fransa təmsilçisi “Lion”a qarşı keçirəcək.
23:13
UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun “Budyo Qlimt” (Norveç) – “Qarabağ” oyununda üçüncü qol vurulub.
Viral.az xəbər verir ki, Bude şəhərindəki “Aspmira” stadionunda Ağdam təmsilçisi yenidən hesabda önə çıxıb – 2:1.
59-cu dəqiqədə Abdullah Zubir fərqlənib.
22:50
UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun “Budyo Qlimt” (Norveç) – “Qarabağ” oyununda ikinci hissə başlayıb.
Viral.az xəbər verir ki, Bude şəhərindəki “Aspmira” stadionunda davam edən matçda hesab bərabərdir- 1:1.
Qarşılaşmada hesabı Ağdam təmsilçisinin heyətində 22-ci dəqiqədə Toral Bayramov açıb. 41-ci dəqiqədə isə Patrik Berq bərabərlik qolunun müəllifi olub.
22:34
UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun “Budyo Qlimt” (Norveç) – “Qarabağ” oyununda ilk hissə başa çatıb.
Viral.az xəbər verir ki, Bude şəhərindəki “Aspmira” stadionundakı matçda hesab bərabərdir- 1:1.
Qarşılaşmada hesabı Ağdam təmsilçisinin heyətində 22-ci dəqiqədə Toral Bayramov açıb. 41-ci dəqiqədə isə Patrik Berq bərabərlik qolunun müəllifi olub.
22:28
UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun “Budyo Qlimt” (Norveç) – “Qarabağ” oyununda hesab açılıb.
Viral.az xəbər verir ki, Bude şəhərindəki “Aspmira” stadionunda Ağdam təmsilçisi hesabı açıb.
22-ci dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə adını tabloya yazdırıb.
21:45
UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun “Budyo Qlimt” (Norveç) – “Qarabağ” oyunu start götürüb.
Viral.az xəbər verir ki, qarşılaşma Bude şəhərindəki “Aspmira” stadionunda keçirilir.
Matçı portuqaliyalı baş hakim Luiş Qodinyu idarə edir.