Azərbaycan Fransanı Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt çərçivəsində təsbit edilmiş öhdəliklərə əsaslanan BMT-nin İnsan Hüquqları Komitəsinin tövsiyələrini yerinə yetirməyə çağırıb.
Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə X-də yazıb.
“Biz BMT-nin İnsan Hüquqları Komitəsinin nəticələrini yüksək qiymətləndiririk”, – o bildirib.
Son Yazılar:
- Bu gün Kəlbəcər Şəhəri GÜNÜDÜR
- Alimlər qəhvənin bağırsağa necə təsir etdiyini AÇIQLADI
- Köklük, piylənmə 13 növ xərçəng riskini artırır
Qeyd edək ki, komitə əcnəbi vətəndaşların Fransa-İtaliya sərhədində müvafiq sığınacaq proseduruna, o cümlədən hüquqlarına dair məlumatlara çıxışı olmadan zorla geri qaytarılmasından narahat olduğunu bildirib. Komitə, həmçinin miqrantların Böyük Britaniya-Fransa sərhədindəki müvəqqəti sığınacaqlarının və Fransanın xaricdəki Mayot ərazisindəki gecəqonduların sistematik evakuasiyasının bəzən həddindən artıq güclə həyata keçirilməsinin bu insanların üzləşdiyi onsuz da acınacaqlı həyat şəraitini pisləşdirməsindən narahatdır.