Avropa İttifaqı (Aİ) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək 29-cu sessiyasında (COP29) iddialı maliyyələşdirmə və investisiya hədəflərini dəstəkləyərək qlobal iqlim fəaliyyətini təşviq etdirmək öhdəliyini bir daha təsdiqləyib.
Viral.az “Report”a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.
“Bu il müzakirələr COP28-də müəyyən edilmiş enerji keçidi məqsədlərinin gücləndirilməsinə yönəldiləcək. Bura qalıq yanacaqlardan istifadədən tədricən imtina edilməsi, 2030-cu ilə qədər bərpa olunan enerjiyə investisiyaların üç dəfə artırılması və enerji səmərəliliyi tədbirlərinin ikiqat artırılması daxildir”, – AK-nın bəyanatında qeyd olunub.
Son Yazılar:
- Çaya 2 ədəd əlavə edin, ağrılara son verin
- Tramp İsrailə onu səfir göndərmək İSTƏYİR
- Fidan Blinkenlə Bakı-İrəvan danışıqlarını müzakirə ETDİ
Sənədə əsasən, Aİ qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdıran Paris Sazişinin məqsədinə nail olmaq üçün COP29 çərçivəsində beynəlxalq tərəfdaşlarla işləyir.
Bunun üçün özəl sektor investisiyalarını, innovativ maliyyə mənbələrini cəlb etmək, eləcə də həm qlobal, həm də lokal səviyyədə əlverişli mühitin yaradılması zəruridir.
Aİ danışıqçıları gələn il üçün iddialı töhfələrə də diqqət yetirirlər, çünki Aİ bu ilin əvvəlində birliyin 2040-cı il iqlim hədəfi ilə bağlı bəyanat dərc edərək artıq milli səviyyəli ianələrə əsaslanan töhfəsini hazırlayır.
Komissiya 2040-cı ilə qədər emissiyaları 90 % azaltmağı hədəfləyən qanunvericilik təklif etməyi planlaşdırır. Aİ komandası həmçinin Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq beynəlxalq karbon bazarları üzrə danışıqları başa çatdırmağa çalışacaq.
Diqqətə çatdırılıb ki, COP29-da Aİ danışıqlar qrupuna iqlim fəaliyyəti üzrə Avropa komissarı Vopke Hukstra rəhbərlik edəcək.
Enerji komissarı Kadri Simson noyabrın 14-15-də qalıq yanacaqlardan uzaqlaşma, metan emissiyalarının azaldılması və təmiz texnologiyaların təşviqi ilə bağlı müzakirələrə qoşulacaq. İnnovasiyalar, tədqiqatlar, mədəniyyət, təhsil və gənclər üzrə Avropa komissarı İliana İvanova isə noyabrın 12-də “Sıfır emissiya ilə rəqabət qabiliyyətinin gələcəyi” adlı konfransda yüksək səviyyəli tədbirdə iştirak edəcək.