Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Moskva istiqamətində uçan 32 pilotsuz təyyarənin hücumunu dayandırıb.
Viral.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram kanalında bildirib.”Müdafiə Nazirliyinin Ramenski şəhər rayonundakı hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində uçan iki pilotsuz təyyarənin hücumunu dəf edib. Dağıntı və tələfat olmayıb”, – məlumatda deyilir.
Bununla yanaşı, Domodedovo və Kolomnada daha 28 PUA məhv edilib.
Son Yazılar:
- Musa Qasımlı növbəti dəfə seçicilərlə görüşdü
- 65 yaşını keçən müəllim fəaliyyətini davam etdirə bilər? – RƏSMİ
- Prezident ona “Şöhrət” ordeni VERDİ – FOTO
Bundan əvvəl Federal Hava Nəqliyyatı Agentliyi uçuşların təhlükəsizliyi üçün Domodedovo və Jukovski hava limanlarının fəaliyyətinə məhdudiyyətlər elan edib.