İşğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları davam etdirilir.
Viral.az xəbər verir ki, Agentlik tərəfindən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin dəstəyi ilə Laçında növbəti əmək yarmarkası təşkil olunub.
Aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan olan 23 işəgötürən iştirak edib və müxtəlif istiqamətlər üzrə 335 vakansiya təqdim olunub.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov yarmarkada iştirak edən işəgötürənlərlə tanış olub, onların təqdim etdiyi vakansiyalarla maraqlanıblar.
Bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində diqqətdə saxlanılan əsas məsələlərdən biri də işğaldan azad olunmuş ərazilərimizdə işəgötürənlərin kadrlara olan ehtiyaclarının ödənilməsidir.
Yarmarkaya qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Həmçinin iştirakçılara işğaldan azad olunmuş ərazilərimizdə icra edilən aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilib.