Türkiyə millisinin üzvü heyətdən ÇIXARILDI

Türkiyə millisinin futbolçusu Çağlar Söyüncü zədə səbəbindən yığmanın heyətindən çıxarılıb.

Viral.az xəbər verir ki, bu barədə qardaş ölkənin futbol federasiyasının mətbuat xidməti məlumat yayıb.

28 yaşlı müdafiəçi “Fənərbağça”nın heyətində Türkiyə Superliqasının XII turunda qarşılaşdıqları “Sivasspor” matçında zədələnib.

Son Yazılar:

Qeyd edək ki, “ay-ulduzlular” UEFA Millətlər Liqasında noyabrın 16-da Uels, 3 gün sonra isə Monteneqro iilə qarşılaşacaqlar.