Amerikalı aktyor Conni Vektor Los-Ancelesdə avtomobilinə soxulan quldurlarla qarşılaşdıqda güllələnərək qətlə yetirilib.
Viral.az xəbər verir ki, bu barədə “Variety” qəzeti məlumat yayıb.
37 yaşlı Vektorun anası oğlunun üç nəfərin onun maşınına girməyə çalışdığını gördüyünü deyib. Onun sözlərinə görə, aktyor müqavimət göstərməyə cəhd etməyib, lakin cinayətkarlar yenə də onu güllələmək qərarına gəliblər. Bundan sonra soyğunçular hadisə yerindən qaçıblar.
Son Yazılar:
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə yerinə gələn həkimlər Vektoru yerli xəstəxanaya çatdırıb və aktyor orada keçinib. Qeyd olunub ki, cinayətkarların kimliyi hələlik bəlirməyib.
“Conni valehedici insan idi. O, sadəcə olaraq öz sənətinə sadiq olan istedadlı aktyor deyildi, onu tanıyan hər kəs üçün əsl mənəvi örnək idi”, – aktyorun agenti qəzetə söyləyib.
Qeyd edək ki, Conni Vektor “Qərb dünyası” (Westworld) və “Kriminal düşüncələr” (Criminal Minds) seriallarındakı rolu ilə məşhurlaşıb.