Azərbaycan yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Çinin Sian şəhərində keçirilmiş beynəlxalq turnirdə kəmər qazanıb.
Bu barədə Viral.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
“Kəmər və yol” adlanan yarışda ölkəmizi yunan-Roma güləşi üzrə millinin 3 üzvü təmsil edib.
Son Yazılar:
- Çexiya daşqınlardan dəyən ziyanı açıqladı
- “Beşiktaş” doğma meydanda məğlub OLDU
- Məşhur azərbaycanlı tiktokerin həbsinin detalları – Fotolarla şantaj edirmiş…
Ona yaxın ölkənin təmsil olunduğu turnirdə U-20 yığmasının böyük məşqçisi Nurəddin Rəcəbov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında Davud Məmmədov (77 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) mübarizə aparıblar. U-23 Avropa çempionu Murad Əhmədiyev bütün rəqiblərinə qalib gələrək, kəmərə sahib çıxıb.
Qeyd edək ki, komanda Çində təlim-məşq toplanışı da keçəcək. Bu məqsədlə güləşçilər bu gün Uhan şəhərinə yollanıblar. İki həftə davam edəcək hazırlıq prosesində adı çəkilən güləşçilərlə yanaşı, Hüseyn Savadov (55 kq), Vədat Qasımlı (60 kq), Tural Əhmədov (63 kq), Fəraim Mustafayev (67 kq), Kamran Rəcəbli, Sadiq Məsimli (hər ikisi 72 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq) və Arif Niftullayev (97 kq) iştirak edəcəklər.