Naxçıvanda geotermal sahədə kifayət qədər potensial var.
Viral.az xəbər verir ki, bu sözləri “Baker Hughes” şirkətinin Xəzər və Ukrayna üzrə direktoru Karlo Beltrame Bakı Enerji Forumunun ikinci günündə “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.
Son Yazılar:
- Bu peşə beyin üçün ən təhlükəlisidir
- Putin Trampın xüsusi nümayəndəsi ilə görüşdü, görüş 4 saatdan çox ÇƏKDİ
- ABŞ İranla danışıqlarda güzəştlərə hazır olduğunu BİLDİRDİ
O diqqətə çatdırıb ki, “Baker Hughes” enerji-texnologiya şirkətidir və Azərbaycanda 30 ildir ki, fəaliyyət göstərir.
“Naxçıvanda bir neçə il əvvəl olmuşam. Burada geotermal sahədə kifayət qədər potensial var. Bu bölgədə geotermal istiqamətində tədqiqatlar aparılmalıdır. Mövcud dataya nəzər yetirmək və bir sıra quyuların tədqiqatına baxaraq təhlillər aparmaq lazımdır. Bu kimi addımlar ölkə üçün çox vacibdir”, – deyə o qeyd edib.