Norveçin “Norse Atlantic Airways” aviaşirkətinin Brno–Phuket reysini yerinə yetirən hava gəmisinin kapitanı yanacaq doldurmaq zərurəti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Bu barədə Viral.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.
“Boeing 787” təyyarəsi yerli vaxtla saat 07:55-də uğurla Bakı aeroportuna eniş edib. Marşrutun dəyişdirilməsi nəticəsində uçuş müddətinin uzanması səbəbindən komandir yanacaq doldurma qərarına gəlib.
Son Yazılar:
- Yaponiya şahzadəsi ÖLDÜ
- Bakıda araqdan zəhərlənən kişi ÖLDÜ
- Prezident Mahmud Abbasa təbrik məktubu GÖNDƏRDİ
Heydər Əliyev Beynəlxalq Aeroportu yanacaq doldurulması və reysin davam etdirilməsi üçün bütün zəruri şəraiti operativ şəkildə təmin edib.