Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzinə yeni rəis təyin edilib.
Viral.az qaynarinfo.az-a istinadla xəbər verir ki, komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun müvafiq Əmri ilə İsmayılov İlyas İsa oğlu mərkəzin rəisi təyin olunub.
Kinoloji Mərkəzin rəis əvəzi Hacimuradov Asim Nazim oğlu isə vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.
Son Yazılar:
- Azərbaycan millisi İsveçlə oyunöncəsi son məşqinə ÇIXIB
- Doğru yoldayıq, uğursuzluqdan çıxacağıq – Santuş
- Tramp ABŞ-də fövqəladə vəziyyət elan etməyə hazır olduğunu AÇIQLADI
Qeyd edək ki, İlyas İsmayılov uzun illərdir Kinoloji Mərkəzdə instruktor-kinoloq kimi fəaliyyət göstərib.
Kinoloji Mərkəzin rəisi polkovnik İlkin Osmanov isə ötən ilin dekabrında vəzifəsindən azad edilib.