Ukrayna minaların təmizlənməsində göstərdiyi yardıma görə Azərbaycana minnətdardır.
Viral.az xəbər verir ki, bu barədə Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svetlana Qrinçuk mətbuat konfransı zamanı bildirib.
“Minalardan təmizləmə və enerji infrastrukturunun bərpası məsələlərində Ukraynaya göstərdiyi böyük dəstəyə görə Azərbaycana minnətdarlığımı bildirmək istərdim”, – o deyib.
Son Yazılar:
- Leyla Əliyeva balıq körpələrini suya buraxdı
- Putin bu ölkəyə səfərə HAZIRLAŞIR
- Tokayev Macarıstanda səfərdədir
Nazir qeyd edib ki, hazırda Ukraynada 174 min kv.km. ərazi minalanıb.