Milli Hidrometeorologiya Xidmətinin noyabrın 20-si saat 9:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin əvvəlcədən xəbər verildiyi kimi, bəzi şərq rayonlarında arabir qısamüddətli yağış yağıb, yüksək dağlıq ərazilərdə qar yağıb.
Qar örtüyünün hündürlüyü Şahdağda 3 sm olub.
Düşən yağıntının miqdarı Şahbuz, Gədəbəy, Yevlax, Astarada 1 mm-dək olub.
Son Yazılar:
- Qərar məcburidir, Netanyahu həbs edilməlidir
- Gintautas Palukas Litvanın yeni Baş naziri OLDU
- Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış etdi
Naxçıvan, Naftalan, Şəmkir, Yevlax, Zərdab, Qusarda duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 2 , Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.