Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə İtaliya arasında ticarət mübadiləsinin dəyəri 7,5 milyard ABŞ dolları təşkil edib. Bununla da İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı olub.
Viral.az xəbər verir ki, bu barədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev COP29 çərçivəsində İtaliyanın İnfrastruktur və Nəqliyyat Nazirliyi, İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, İtaliya Ticarət Agentliyi (ITA), İtaliya Özəl Tikinti Assosiasiyası və İtaliyanın Mühəndislik, Memarlıq və Texniki-İqtisadi Konsaltinq Təşkilatları Assosiasiyasının (OICE) təşkilatçılığı ilə keçirilən “SustainabITALY” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, ticarət əlaqələrimiz qeyri-ənənəvi sahələrdə də inkişaf edir və bu il AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan şirkətləri İtaliyanın Rimini şəhərində ilk dəfə “Macfrut 2024” beynəlxalq sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində məhsullarını nümayiş ediblər.
Son Yazılar:
- Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiq EDİLDİ
- Nazir xəstəxana direktorunu işdən çıxardı – FOTO
- “Aygün incidi və Fəxri Xiyabanda dəfn olunmaq istəmədi” – Zümrüd Hümbətova
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev bildirib ki, bu il oktyabr ayının 1-nə olan məlumata görə Azərbaycanda 100-dən çox italyan şirkəti aktiv fəaliyyət göstərir.