ABŞ Ordusu və “Lockheed Martin” korporasiyası ATACMS raketlərini əvəz edəcək yeni “Precision Strike Missile” (PrSM) qısamənzilli ballistik raketlərinin sınaq buraxılışlarını həyata keçirib.
Viral.az xəbər verir ki, bu barədə “Defence news” məlumat yayıb.
Məlumata görə, sınaqlar Nyu Meksiko ştatındakı poliqonda baş tutub. İlk dəfə hərbçilər hədəfin vurulmasını təmin etmək üçün ard-arda iki raket atıblar. Raketin layihələndiricisi “Lockheed Martin”dən əmin ediblər ki, PrSM atış sınağı zamanı dəqiqlik və döyüş hazırlığı nümayiş etdirib.
Son Yazılar:
- ABŞ “Qazprom”a sanksiya tətbiq ETDİ
- ABŞ bazasına üç raket ATILDI
- Türkiyə bu ölkədə kosmik baza yaradır
“Bu raketlər Rusiya və Çinin hərbi yeniliklərinə qarşı çıxmaq üçün dərin zərbə imkanlarına ehtiyacı olan ordu üçün kritik rol oynayacaq. ABŞ-nin Avropa və Hind-Sakit okeanı regionundakı komandanlığı 400 km-dən çox məsafədə hərəkətsiz hədəfləri vura bilən silah əldə etmək istəyir”, – nəşr yazıb.
Qeyd olunur ki, hazırda PrSM-in uçuş məsafəsi 499 km-dir, amma onun iki dəfədən çox artırılması planlaşdırılır. Amerikalı hərbçilər daha bir neçə sınaq atışı planlaşdırıb. 2025-ci ilin sonuna qədər ABŞ-nin bu raketlərdən nə qədər istehsal ediləcəyinə dair qərar verəcəyi gözlənilir.