Şəmkir korpusunun sabiq komandiri Çingiz Şəfiyev vəfat edib.
Viral.az xəbər verir ki, o, 56 yaşında dünyasını dəyişib.
Onun uzunsürən xəstəlikdən sonra vəfat etdiyi bildirilir.
Son Yazılar:
- Tokayev və Putin ikitərəfli münasibətlərin bütün spektrini müzakirə ETDİ
- Son illərin ən soyuq qışı ilə bağlı XƏBƏRDARLIQ
- İdmançılarımız Özbəkistanda 3 qızıl medal qazanıblar
Qeyd edək ki, Ç.Şəfiyev uzun müddət Müdafiə Nazirliyinin tərkibində hərbi hissə və birləşmələrdə komandir vəzifəsində xidmət edib. O, 2011-ci ildə N saylı hərbi hissədə baş vermiş əsgər ölümlərinə görə vəzifəsindən azad edilmiş, general-mayor rütbəsi bir pillə aşağı salınmışdı. Onu bu vəzifədə hazırda həbsdə olan general-leytenant Rövşən Əkbərov əvəzləmişdi.
Çingiz Şəfiyev son olaraq idmanın cüdo sahəsində çalışırdı. O, bu il “Judo Club 2012” idman klubunun direktoru vəzifəsinə təyin olunmuşdu.