Bakıda avtomobil 24 yaşlı piyadanı VURDU

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Viral.az xəbər verir ki, avtomobil yolu keçən 2000-ci il təvəllüdlü Qəhrəmanov Əli Vidadi oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Son Yazılar:

Faktla bağlı araşdırma aparılır.