“Turan Tovuz” Misli Premyer Liqasında “Sabah”la heç-heç edib.
Viral.az-ın məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan XIV turun oyununda 1:1 hesablı bərabərlik qeydə alınıb.
Görüşdə hesabı meydan sahibləri açıb. 12-ci dəqiqədə Otto Con adını tabloya yazdırıb. “Bayquşlar”a 1 xal qazandıran qolu isə 67-ci dəqiqədə Coy Lens Mikels vurub.
Son Yazılar:
- Azərbaycan Premyer Liqasında XIV tura yekun VURULDU
- İndoneziyada daşqınlar nəticəsində azı 13 nəfər ÖLDÜ
- “Hizbullah” bir gün ərzində İsrailə 160 raket buraxdı
Bu nəticənin ardından Kurban Berdıyevin rəhbərlik etdiyi “Turan Tovuz” 27 xalla üçüncü sırada qərarlaşıb. “Sabah” isə 19 xalla beşincidir.
Qeyd edək ki, ötən gün “Araz-Naxçıvan” “Kəpəz”i iki cavabsız qolla üstələyib. Tura noyabrın 24-də yekun vurulacaq.