Ronaldo bir daha adını tarixə yazdırdı

Futbol üzrə Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kristiano Ronaldo 200 fərqli komandaya qol vuran ilk futbolçu olub.

Viral.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytı məlumat yayıb.

Təcrübəli forvard buna Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 11-ci turunda “Əl- Qadisiya ya uduzduqları (1:2) matçda fərqlənməklə nail olub. Portuqaliyalı hücumçu 152 kluba, 48 milliyə qol vurmağı bacarıb. O, ümumilikdə 270 (198 klub, 72 yığma) komandaya qarşı çıxış edib. // Offsideplus.az

Son Yazılar: