Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ənənəvi Jurnalist yazı və Uşaq rəsm müsabiqələrini elan edib.
Viral.az xəbər verir ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi çərçivəsində cari ildə hər iki müsabiqə “İqlim dəyişikliyi və insan hüquqları” mövzusuna həsr olunub.
Jurnalist yazı müsabiqəsinin tələbləri:
Son Yazılar:
- Bələdiyyə seçkilərinin vaxtı AÇIQLANDI
- “Verilişdən sonra ürəyim getdi yıxıldım”
- Qarabağdakı bu torpaqlar icarəyə veriləcək: Prezident təsdiq ETDİ
• Müsabiqəyə ünvanlanmış müəllif yazıları ölkəmizdə çıxan hər hansı bir qəzet və ya saytda dərc olunmalıdır;
• Anket doldurulmalıdır (müəllif haqqında qısa məlumat, əlaqə telefonları);
• Müəllifin bir ədəd 4×5 ölçüdə fotoşəkli əlavə edilməlidir.
Uşaq rəsm müsabiqəsinin tələbləri:
• Müsabiqədə 6-18 yaş arası uşaqlar iştirak edə bilərlər;
• Rəsmlər A3 formatda işlənməlidir;
• Anket doldurulmalıdır (iştirakçı uşaq haqqında qısa məlumat, əlaqə telefonları);
• İştirakçının bir ədəd 4×5 ölçüdə fotoşəkli (rəsmlə birlikdə) təqdim edilməlidir;
• Rəsm əsəri müsabiqənin mövzusuna uyğun olmalıdır;
• Rəsm mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinal olmalıdır (və digər rəsm müsabiqələrinə təqdim edilməmiş olmalıdır).
Qeyd: Müsabiqənin mövzusuna uyğun olmayan mövzularda çəkilmiş rəsmlər nəzərə alınmayacaq. Qalib hesab edilmiş rəsmlər geri qaytarılmır. Digər iştirakçılar rəsmləri müsabiqə başa çatdıqdan sonra 10 gün ərzində geri götürə bilərlər.
Müsabiqə üçün həm jurnalist yazıları, həm da uşaq rəsmləri 1 dekabr 2024-cü il saat 18:00-dək Ombudsman Aparatına (Ü.Hacıbəyli küçəsi, 80, Hökumət Evi, Il qapı) təqdim edilməlidir.
Əlaqə telefonları:
Jurnalist yazıları: (012) 493 94 68
Uşaq rəsmləri: (012) 493 74 22 (ümumi şöbə)
ANKET FORMASI (Jurnalist yazıları üçün)
ANKET FORMASI (Uşaq rəsmləri üçün)