“Qalatasaray”ın zədəli futbolçusu Mauro İkardinin əməliyyat olunacağı yer və tarix müəyyənləşib.
Viral.az xəbər verir ki, bu barədə klubun həkimi Yener İnce danışıb.
O, 31 yaşlı hücumçunun Argentinada əməliyyat olunacağını söyləyib:
Son Yazılar:
- Moskva Ermənistanla KTMT çərçivəsində əməkdaşlığın bərpasına ümid edir
- Qazaxıstan və Rusiya əməkdaşlığında müsbət dinamika var
- Ölümü qəfil və gözlənilməz olan 2 BÜRC
“İkardinin hazırda Argentinada olduğunu bilirsiniz. Qarşıdakı bərpa prosesində hər hansı bir axsaqlıq yaşamamağı üçün onun Argentinada əməliyyat olunmasına qərar verdik. Əməliyyat qarşıdan gələn bazarertəsi günü gerçəkləşəcək. “Qalatasaray” əlindəki imkanlarla ən yaxşısını etməyə çalışır. İkardiyə demişdik ki, əməliyyatı dünyanın harasında istəsə, orada təşkil edə bilərik. Bərpa prosesini də Argentinada keçirəcək”.
Qeyd edək ki, İkardi Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Tottenhem”lə keçirilən oyunda zədələnib. MRT müayinəsindən sonra futbolçuda sağ dizinin ön çarpaz bağının qopması aşkarlanıb. O, mövsümün qalan hissəsində yaşıl meydanlara çıxa bilməyəcək. // qol.az