2024-cü ilin yanvar-sentyabr ayları ərzində işğaldan azad edilmiş rayonlarda 1532 yeni iş yeri yaradılıb.
Viral.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 55% artıb. Belə ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində işğaldan azad edilmiş rayonlarda 989 yeni iş yerləri yaradılmışdı.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr ayları ərzində ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb. Belə ki, hesabat dövründə Laçında 409, Şuşada isə 324 yeni iş yeriləri yaradılıb.
Son Yazılar:
- Sibel Can səhnədə yıxıldı – VİDEO
- Dəhşətli qəzada ölən çavuş Bəhlulun FOTOLARI
- Saxta pul dövriyyəsi ilə məşğul olanlar həbs EDİLDİ
Xatırladaq ki, hesabat dövründə azad edilmiş rayonlarda 246 yeni müəssisə və təşkilat, 2779 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılmış müəssisə və təşkilatların sayı 2.4 dəfə, fərdi sahibkarların sayı isə 55.9% artıb.
Aşağıdakı cədvəldə 2024-cü ilin yanvar-sentyabr ayları ərzində azad edilmiş ərazilərdə yeni yaradılmış iş yerlərinin, fərdi sahibkarlıq subyektlərinin və müəssisələrin sayı verilib.