ABŞ-ın keçmiş prezidenti Donald Tramp ikinci müddətə yenidən seçiləcəyi təqdirdə inauqurasiyadan əvvəl Ukraynada sülhə nail olacağına söz verib.
Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp ABŞ-ın “Merit Street Media” telekanalına müsahibəsində deyib:
“Mən vəzifəyə başlayana qədər problemlə məşğul olacağam və Ukraynadakı münaqişəni həll edəcəyəm. Çünki seçilmiş prezident kimi mənim böyük səlahiyyətlərim olacaq”.
Son Yazılar:
- Yoxlamaya gələnlər faizlərini alıb gedirdi
- qadınları şantaj edib videoya çəkdi – TƏFƏRRÜAT
- Ağdamda avtomobil yandı – VİDEO
Eyni zamanda Tramp qeyd edib ki, Ukraynada vəziyyət daha da pisləşir.
“Onlar indi silah alırlar ki, Rusiyanın dərinliklərinə zərbələr endirə bilsinlər. Bütün bunlar hara gedir?”, – deyə siyasətçi vurğulayıb.
“Ölkəmiz dünya müharibəsinə cəlb olunmaq kimi böyük təhlükə altındadır. Bizim prezident (Co Bayden) bununla məşğul olmamalıdır”, – deyə Tramp əlavə edib.
ABŞ-da prezident seçkiləri bu ilin noyabrında keçiriləcək.