Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitə məktub ünvanlayıb.
Viral.az xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident,
Son Yazılar:
- Tağı Əhmədovun baş daşı hazırdır: Məzarındakı bu detal diqqət ÇƏKDİ
- 2024 bitmədən varlanacaq 3 bürc – Pul sel kimi gələcək
- Azərbaycanda bu tələbələrə təqaüd ayrıla BİLƏR
Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz Azərbaycan-Laos dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Cari ilin oktyabrında Sizinlə Kazanda səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.
İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə dostluq əlaqələrimizin inkişafına, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.
Fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.