Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon Şöbəsinin əməkdaşı mayor Namiq Orucov qəfil vəfat edib.
Viral.az xəbər verir ki, hərbçi şənbə günü ürəktutmadan dünyasını dəyişib.
Bildirilib ki, həmin gün N.Orucov şəhidlərlə bağlı tədbirdə iştirak edib. Bir neçə saat sonra o, ürəktutmadan vəfat edib (qafqazinfo.az).