14 yaşlı yeniyetmənin meyiti TAPILDI

Astarada yeniyetmə intihar edib.

Viral.az xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində baş verib.

Belə ki, ötən gecədən axtarılan, 2010-cu il təvəllüdlü Namik Şamil oğlu Həsənovun meyiti həyətdə asılı vəziyyətdə tapılıb.

Son Yazılar:

Nənəsi ilə birgə yaşayan yeniyetmənin intihar səbəbi məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.