Qaydalara əsasən sertifikasiya imtahanındam 50%-dən aşağı göstəricisi olan (30-dan aşağı bal toplayan) müəllimlərin əmək müqaviləsinə xitam verilir. Lakin həmin şəxslər müəllim kimi fəaliyyət göstərə bilməsə də, repetitorla məşğul olmaları üçün hər hansısa qadağa yoxdur.
Repetitorluğa bu qədər tələbat olduğu halda minumum bal toplaya bilməyən müəllimlərin repetitor işləmələri üçün hansısa tənzimləməyə ehtiyac varmı?
Viral.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin deputatı Ceyhun Məmmədov bildirib ki, sertifikasiyadan sonra müəllimlərin repetitor kimi fəaliyyət göstərmələri gözlənilən idi:
Son Yazılar:
- Zelenski Putinə güzəştə getməlidir – İtaliya
- Poroşenkonun oğlu axtarışa VERİLDİ
- Axşam bu yeməklərdən imtina EDİN!
“Sertifikasiyadan məqbul bal toplaya bilməyib, əmək müqavilələrinə xitam verilən müəllimlərin repetitorluğa üz tutacaqları bəlli idi. Çünki o müəllimlər üçün maddi olaraq vəziyyətdən çıxış yolu təkcə repetitorluqdur.
Məktəbdən əlavə uşaq hazırlaşdırmağı, bu fəaliyyətlə məşğul olmağı tənzimləyəcək hər hansısa qanun olmadığına görə bu gün bu prosesin qarşısını almaq çətindir. Hər dəfə çıxışlarımda bildirirəm ki, biz bu istiqamətdə proseslərə baxıb, müəyyən tənzimləmələr aparmalıyıq. Repetitorluq o qədər geniş yayılıb ki, artıq bütün sahələri əhatə edir. Aidiyyatı qurumlar elə addımlar atmalıdırlar bu sahəyə indiki qədər meyil olmasın”.