Rusiya bazarına qayıtmaq istəyən Qərb şirkətlərinə mane olmayacağıq

Rusiya öz bazarına qayıtmaq istəyən Qərb şirkətləri üçün xüsusi şərait yaratmayacaq.

Viral.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “VTB Rusiya çağırır” forumunda bildirib.

Onun sözlərinə görə, Moskva Rusiya bazarına qayıtmaq istəyən Qərb şirkətlərinə mane də olmayacaq.

Son Yazılar:

“Biz onlar üçün xüsusi şərait yaratmayacağıq. Çünki biz heç kəsi sıxışdırmamışıq, heç kimə qadağa qoymamışıq”, – deyə Putin qeyd edib.

O vurğulayıb ki, problem Qərb şirkətlərinin getməsindən sonra boşalmış bir çox yerləri digər ölkələrin şirkətlərinin tutması və idxalın Rusiya brendləri ilə əvəzlənməsinin “çox sürətli temp”lə getməsidir.