Gürcüstan Prezidenti Salome Zurabişvilinin səlahiyyət müddəti dekabrın 29-da başa çatır və o, müxalifət lideri ola bilməyəcək.
Viral.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Macarıstanın siyasi yutub kanalına müsahibəsində deyib.
“Bəziləri onu (Zurabişvilini – red.) radikal müxalifətin lideri kimi təqdim etmək istəyir. Hamıya xatırlatmaq istərim ki, onun prezidentlik müddəti dekabrın 29-da başa çatır. Əlbəttə ki, onu müxalifət lideri etmək cəhdi tamamilə uğursuzdur. Ona görə də onun Gürcüstanın maraqlarına zidd hərəkət etmək imkanı yoxdur”, – Baş nazir bildirib.
Son Yazılar:
- Zelenski Putinə güzəştə getməlidir – İtaliya
- Poroşenkonun oğlu axtarışa VERİLDİ
- Axşam bu yeməklərdən imtina EDİN!
Qeyd edək ki, hakim Gürcü Arzusu – Demokratik Gürcüstan partiyası ilə Zurabişvili arasında fikir ayrılıqları bir neçə ildir davam edir.
Münasibətlər Zurabişvilinin oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrini tanımaqdan imtina etməsindən sonra daha da pisləşib.