Eks-başçı Xaləddin İsgəndərov uzun illərdən sonra göründü – Qocalıb, saçları ağarıb

Binəqədi Rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərov uzun müddətdən sonra Bakıda görünüb.

Viral.az xəbər verir ki, eks-başçı paytaxtın mərkəzində yalnız halda piyada yürüş edərkən görüntülənib.

Milli Məclisin binası önündə çəkilmiş fotolardan aydın olur ki, 62 yaşlı Xaləddin İsgəndərov xeyli qocalıb, saçları ağarıb.

Son Yazılar:

Xaləddin İsgəndərov 2015-ci ilin mayında, Bakının “Azadlıq” prospektində 15 nəfərin ölümü ilə nəticələnən binanın yanması faciəsinə görə gündəmə gəlmişdi. 

Məhz bu faciədən sonra o, icra başçısı vəzifəsini itirmişdi. Vəzifədən gedəndən sonra isə Xaləddin İsgəndərov görünmürdü (demokrat.az).